İstixanada narkotik yetişdirən şəxs saxlanılıb - FOTO

10:18 24.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli bitkiləri əkib-becərməkdə şübhəli bilinən Mollavaizli kənd sakini Qismət Rustamov saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, Onun yaşadığı ünvana keçirilən baxış zamanı həyətində olan istixanadan xüsusi aqrotexniki qaydada qulluq edilməklə yetişdirilmiş 30 ədəd çətənə kolu aşkar olunaraq maddi sübut kimi götürülüb.

Dindirilmə zamanı Q.Rustamov qanunsuz əməllə məşğul olduğunu etiraf edib.

Faktla bağlı Saatlı RPŞ-də cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.