İstixanada yanğın olub

18:41 19.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 800 m² olan istixananın polietilendən ibarət üzlüyü 300 m² sahədə və içərisində plastik dibçəklər yanıb.

Hafta.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, istixananın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.