İtaliya rusların 2 milyard avrodan çox əmlakına həbs qoyub

12:25 21.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

2022-ci ilin fevralından İtaliya hakimiyyəti rusiyalı sahibkarların 2 milyard avrodan çox dəyərində müxtəlif əmlakına həbs qoyub.

Bu barədə İtaliyanın baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani məlumat verib.

“Biz həm də Ukraynanın yenidən qurulmasında əsas aktor olmaq istəyirik. Axı biz rus oliqarxlarından ən çox pul alan ölkələr sırasındayıq ki, bu da 2 milyard avrodan çox - ölkənin yenidən qurulması üçün istifadə oluna biləcək puldur. Planı təqdim etmək və mümkün qədər çox şirkətləri cəlb etmək üçün yaxın həftələrdə Romada tədbir təşkil edəcəyik”, o, “La Stampa” qəzetinə bildirib.