İtaliyaya bu il dəniz yolu ilə gələn miqrantların sayı açıqlandı

19:30 15.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

2023-cü ilin əvvəlindən İtaliyaya dəniz yolu ilə 100 min miqrant gəlib, La Repubblica yazır.

Nəşrin məlumatına görə, bütün 2022-ci il ərzində İtaliyaya eyni sayda miqrant gəlib. Eyni zamanda, daha 180 min miqrant qaçqınların qəbulu mərkəzlərindədir və onların bir çoxu yenilərini yerləşdirmək üçün köçürülməlidir. Nəşrin müəllifləri vurğulayırlar ki, miqrantların sayı 2018-ci ildən bəri rekord göstəricidir.

Qeyd edilir ki, miqrantların sayı iki dəfə arta bilər, çünki daha iki ay ərzində hava şəraiti Aralıq dənizindən keçmək üçün əlverişli olacaq.