Tacikistan Üləmalar Şurası həftədə bir dəfə özünün YouTube kanalında canlı yayımda ölkə vətəndaşlarının da canlı yayımda verə biləcəyi dini mövzularda sualları cavablandırmaq qərarına gəlib. Şuranın məlumatına görə, bu proqramlar zamanı Tacikistanda və dünyada günün aktual problemləri, o cümlədən terrorizm və ekstremizmə qarşı mübarizə müzakirə olunur.
Hafta.az-ın yazdığına görə, ölkə müftisi Səidmükərrəm Abdulkodirzoda canlı yayımının ilk günündə ona qarşı edilən son hücumdan danışaraq deyib ki, bir daha özünə mükafat olaraq fürsət və vaxt verdiyi üzün Allaha dua edir.
Üləmalar Şurasının sədri İslamda ər-arvad münasibəti, valideynin övlad tərbiyəsindəki uğurları, valideynlərə hörmət kimi mövzulardan danışıb, gənclərin ekstremist qruplara qoşulmasından və digər məsələlərdən söz açıb.
Tacikistanın müftisi gənclərin ekstremist qruplara qoşulmasından narahatlığını ifadə edərək, “itirilmiş gənclərin” analarına yazığım gəlir” deyib.
“Bu düşmən qruplara qoşulan uşaqlardan eqoist və çirkin siyasi məqsədlər üçün istifadə olunur, həmin qruplar təcrübəsiz, savadsız və sadəlövh gəncləri təhqir edirlər. Onların analarına yazığım gəlir, çünki ömürləri boyu bu uşaqlar üçün ağlayıb narahat olacaqlar”, - Abdulkodirzoda bildirib.
O, vurğulayıb ki, gənclərə daha çox mentorluq edilməli, öyrədilməli və onlar nəzarətdə saxlanılmalıdır ki, nəticədə uğur qazansınlar.