İtkin düşmüşdü, meyiti su arxında tapıldı

10:53 19.04.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İtkin düşən şəxsin meyiti çirkab su arxında tapılıb.

Hafta.az xəbər verir ki, hadisə Ucarın Rəstəcə kəndində qeydə alınıb.

Əvvəllər 2 dəfə infarkt keçirmiş, hadisə baş verən qədər itkin düşmüş 1961-ci il təvəllüdlü Əliyev Ələkbər Salik oğlunun meyiti həmin kəndin ərazisindən keçən çirkab su arxında aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.