Jirinovskinin oğlu restoranda baş verən davadan sonra həbs edilib

18:31 16.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Keçmiş LDPR lideri Vladimir Jirinovskinin qeyri-qanuni oğlu restoranda qalmaqaldan sonra 15 sutka inzibati həbs alıb.

Moskva agentliyinin paytaxtın Tverskoy Məhkəməsinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Oleq Eydelşteyn Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 20.1-ci maddəsinə əsasən, o, 15 sutka müddətinə həbs edilib.

Hadisə fevralın 14-ü axşam saatlarında baş verib. Moskvanın Yeni Meydandakı restoranlardan birindən polisə qalmaqalla bağlı siqnal gəlib. Əraziyə gedən polis hadisənin günahkarını müəssisədə tapıb və onun Oleq Eydelşteyn olduğu üzə çıxıb. Polis bölməsinə aparıldıqdan sonra həmin şəxs özünü aqressiv aparıb, polis əməkdaşlarını təhqir edib və yumruğunu onlardan birinin sinəsindən vurub.

Hazırda məhkəmə Eydelşteynə inzibati xəta haqqında hökm çıxarıb. Hadisədən sonra tibb müəssisəsinə gedən polisə hücumla bağlı araşdırma aparılır. Onun nəticələrinə əsasən prosessual qərar qəbul ediləcək.