Keçmiş məhkum özünü YANDIRDI

10:10 10.07.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sumqayıt şəhərində 1981-ci il təvəllüdlü Mahmudov Elşən Babagül oğulunun gecə saatlarında intihara cəhd etməsi ilə bağlı polisə məlumat daxil olub.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən hafta.az-a bildirilib ki, əvvəllər Cinayət Məcəlləsinin 128, 180, 296-cı maddələri məhkum olunan şəxs ailə üzvləri ilə yaşadığı evdə anası ilə mübahisə etdikdən sonra polis bölməsinin inzibati binasının yanında üzərinə yandırıcı maddə tökərək özünü yandırıb.

 

O dərhal xəstəxanaya çatdırılıb, bütün tibbi müdaxilələrə baxmayaraq səhər saatlarında xəstəxanda ölüb.

 

E.Mahmudovun polis orqanlarına hər hansı müraciəti olmayıb.

 

Faktla bağlı araşdırma aparılır.