Keçmiş məhkumdan avtomat götürülüb

12:34 19.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda keçmiş məhkumun gizlətdiyi avtomat aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyindən hafta.az-a verilən məlumata görə, Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Aslan Məhərrəmovun Yeni Günəşli qəsəbəsi ərazisində torpağa basdırdığı, nömrəsi silinmiş “AK-74” markalı avtomat silahı aşkar olunaraq götürülüb və o saxlanılıb.