Kəlbəcərdə yol çəkilişindəki ölüm araşdırılır

13:09 19.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sentyabrın 26-da Kəlbəcər rayonunun Zar kəndində yol çəkilişi zamanı “North West Construction” şirkətinə məxsus ekskavatorun üzərinə qaya parçaları düşüb.

Baş Prokurorluğun mətbuat xidmətidən hafta.az-ın sorğusuna cavab olaraq bildirilib ki, nəticədə ekskavatorun operatoru Kürdəmir rayon sakini Cəbrayılov Bəhruz İsrail oğlunun aldığı xəsarətlərdən hadisə yerində ölməsi barədə Kəlbəcər rayon prokurorluğuna məlumat daxil olub.

 

Hazırda faktla bağlı araşdırma aparılır.

Oxunma sayı 32