Keldani Kilsəsi hədəfdə - Patriarx Bağdaddan Ərbilə qaçdı

13:35 17.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Keldani Kilsəsinin Patriarxı kardinal Luis Rafael Sako ilə İraq prezidenti Əbdüllətif Rəşid və Keldani Babiliyyun Hərəkatının lideri Reyyan Keldani arasında gərginlik həm İraqda, həm də bütün dünyada davam edir.

Hafta az-ın yazdığına görə, prezident Əbdüllətif Rəşid 2013-cü ildə eks president Cəlal Təlabaninin imzaladığl 147 saylı fərmanı ləğv edərək, Keldani Kilsəsinin Patriarxı Luis Sakonu tutduğu vəzifədən azad edib. İraq məhkəmə sistemi həmçinin Reyyan Keldaninin ona etdiyi əvvəlki şikayət əsasında Patriarx Sakonun bildiriş aldığı tarixdən ən çox 48 saat ərzində mühakimə olunmasını əmr edib.

Ədliyyə orqanlarının dərc etdiyi sənədə görə, Keldani Sakonu böhtan atmaqda ittihamlayıb. Patriarx Sako ifadə vermək üçün məhkəmə binasına gəlməsə, onun barəsində həbs qərarı çıxarılacaq.

Patriarx Sako isə müxalifləri ilə apardığı mübarizə kontekstində yaşanan sürətli inkişafdan sonra Bağdaddakı patriarxlığı tərk edərək İraq Kürd Regional Rəhbərliyinin (İKRG) mərkəzi Ərbildəki monastıra getməyə qərar verib.

Patriarx Sako dünən dərc etdirdiyi və prezidentə, baş nazirə, parlament sədrinə, nazirlərə, xristianlara və ümumilikdə bütün iraqlılara ünvanladığı məktubda belə deyib: “Keldani Babiliyyun Hərəkatının düşünülmüş və alçaldıcı kampaniyaları qarşısında hər kəs dürüstlüyümü, vətənpərvərliyimi və hökumətin onlara qarşı heç bir çəkindirici gücünün olmadığını bilir. Prezidentin mənə qarşı məhz Prezident fərmanını geri götürməsi İraq tarixində görünməmiş hadisədir. Bağdaddakı patriarxlıqdan çıxıb Ərbildəki monastırlardan birinə getməyə qərar verdim. Babilin istəyini təmin etmək üçün bu qərarı verdim ki, prezidentin Keldani Babil Hərəkatının rəhbəri Reyyan Səlimi İraq Keldani Katoliklər Birliyinin rəhbəri vəzifəsinə, qardaşı Asvananı ona müavin, digər qardaşı Sermedi isə ona maliyyə işləri üzrə məsul təyin etməsinin yolu açılsın. Təəssüf ki, biz İraqda dar şəxsi maraqların və qruplaşmaların geniş şəbəkəsinin ortasında yaşayırıq və riyakarlıq görünməmiş siyasi, milli və mənəvi xaos yaradıb".

“Haşdi Şabi” çətiri altında fəaliyyət göstərən və bəzi silahlı şiə qruplarının dəstəklədiyi silahlı qruplaşmanın yaradılması ilə qazandığı təsir qüvvəsi ilə xristianların parlamentdəki təmsilçiliyini monopoliyaya almaqda günahlandırılan Patriarx Sako ilə Reyyan arasında rəqabət alovlanıb.

Keladani Babiliyun Hərəkatına yaxın olan səlahiyyətlilər, məhkəmə ötən aprelin sonunda işi rədd etməzdən əvvəl Sako haqqında "dələduzluq və daşınmaz əmlak sənədlərinin saxtalaşdırılması" ittihamı ilə həbs qərarı çıxarmışdı.

Cümə axşamı Ərbilin Enkava rayonunda toplanan xristian vətəndaşlar, qərarı etiraz etmək üçün nümayiş keçiriblər.

Patriarx Sakonun vəzifədən azad edilməsi, hətta xristian dairələrindən kənarda da Keldanilərin ən yüksək dini vəzifəsini tutan şəxslə bağlı nə baş verdiyinə dair suallar doğurub.

“El-Mada” qəzetinin baş redaktoru Əli Hüseyn Patriarx Sakonun işdən çıxarılması ilə bağlı yazıb: “İraq məhkəmə sistemi istər şiə, istərsə də sünni olan yüksək rütbəli dini hakimiyyətə qarşı impiçment qərarı çıxarsa, nə baş verərdi?”.