Kəskin hava şəraiti ilə əlaqədar qatarların sürətinə məhdudiyyət qoyuldu

12:48 09.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Kəskin hava şəraiti ilə əlaqədar olaraq, Bakı-Sumqayıt-Bakı marşrutunda hərəkət edən elektrik qatarlarının hərəkətində ləngimələr qeydə alınıb.

Bu barədə hafta.az-a “Azərbaycan Dəmir Yolları” QSC Mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova bildirib.

Onun sözlərinə görə, ləngimələrin yaranmasına səbəb hava şəraiti ilə əlaqədar olaraq, bütün qatarların hərəkətinə surət məhdudiyyətinin qoyulmasıdır.