Yazını böyüt
Yazını kiçilt
Martın 26-da Kiyevdə gücləndirilmiş komendant saatı tətbiq ediləcək. Komendant saatı bu gün saat 20:00-dan başlayacaq və 28 mart saat 07:00-a kimi davam edəcək.
Hafta.az xəbər verir ki, bu barədə Kiyev şəhər meri Vitali Kliçko məlumat verib.
Vitali Kliçko komendant saatı müddətində mağazalar, apteklər, yanacaqdoldurma məntəqələri və digər obyektlərin işləməyəcəyini vurğulayıb.
Bu müddətdə insanlar yalnız evdə və sığınacaqlarda qala biləcək.