Kiyevdən Qərbə yeni təklif - ABŞ-İSRAİL MODELİ

14:02 11.10.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Kiyev administrasiyası Qərbə yeni təhlükəsizlik sazişi təklif edib.

Hafta.az bildirir ki, bu barədə "Foreign Policy" məlumat yayıb.

Xəbərə görə, Ukrayna rəsmiləri NATO-nun keçmiş baş katibi Anders Rasmussenlə görüşüb. Ukraynalılar ABŞ-İsrail münasibətlərinə bənzər bir modelin həyata keçirilməsini istəyirlər. Sözügedən model Qərb ölkələrinin koalisiyasının Rusiya təhlükəsinə qarşı Ukrayna üçün hüquqi cəhətdən məcburi təminatları ehtiva edir. Model həmçinin qabaqcıl müdafiə silahları ilə təminat və Ukrayna ordusunun təlimini əhatə edir.

Foreign Policy şərh edib ki, yazılı şəkildə təhlükəsizlik zəmanəti almaq hətta Vaşinqton üçün də çox ola bilər.

Jurnal yazıb ki, NATO-nun keçmiş baş katibi Rasmussen keçən həftə Vaşinqtona səfər edib və bu səfərin məqsədi müzakirə olunan planın ABŞ və digər aparıcı Qərb müttəfiqlərinə təqdim edilməsi üçün zəmin yaratmaq olub.

Ukrayna lideri Zelenski, Putinin saxta referendumlardan sonra Zaporojye, Xerson, Donetsk və Luqanskı “rəsmi olaraq” ilhaq etdiyini elan etdikdən sonra təcili olaraq NATO-ya üzvlük üçün müraciət edib.