Kiyevə girib onu götürməliyik - KADIROV PUTİNƏ QARŞI

20:23 29.03.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Çeçenistanın rəhbəri Ramzan Kadırov Ukraynada xüsusi əməliyyatda iştirak edən çeçen döyüşçülərə müraciət edərək deyib ki, biz başladığımız işi başa çatdırmalıyıq və dayanmamalıyıq: Kiyevə girib onu götürməliyik.

Hafta.az bildirir ki, "Chechnya Today" xəbər agentliyi Kadırovdan sitat gətiribsitat gətirir.

“Bəli, Mariupolda və başqa yerlərdə çətin döyüşlər gedir. Onlar orada səkkiz il təlim keçiblər, milyardlarla dollar ayırıblar və onlara dünyanın bütün xüsusi xidmət orqanları və hərbi təlimatçılar dərs deyib, lakin biz hər şeydə üstünük”, - Kadırov bildirib.

Bundan əvvəl o, Rusiya və Ukrayna arasında aparılan danışıqlarla bağlı səsli mesaj yazıb və orada Türkiyədə baş tutan nümayəndə heyətlərinin görüşünü tənqid edib.