Şimali Kipr Türk Cümhuriyyətində (KKTC) Ulusal Birlik Partiyasının sədri Faiz Suçuoğlunun rəhbərliyi altında, Demokrat Partiyası (DP) ilə yeni koalisiyalı hökumət qurulub.
Hafta.az-ın yazdığına görə, kabinet üzvlərinin siyahısını prezident Ersin Tatara təqdim edən Suçuoğlu, daha sonra mətbuata açıqlamalar verib.
Baş nazir bildirib ki, təqdim etdiyi hökumət üzvlərinin siyahısı artıq prezident Tatar tərəfindən təsdiqlənib. Bundan sonra o, KKTC-nin 39-cu hökumətində yer alan nazirlərin siyahısını oxuyub.
Siyahı belədir: Baş nazir Faiz Suçuoğlu, Baş nazirin müavini, Turizm, Mədəniyyət, Gənclik və Ətraf Mühit naziri Fikri Ataoğlu, Rabitə və Nəqliyyat naziri Erhan Arıklı, Xarici İşlər naziri Tahsin Ertuğruloğlu, Maliyyə naziri Olgun Amcaoğlu, Daxili İşlər naziri Ünal Üstel, Milli Təhsil naziri Nazım Çavuşoğlu, İqtisadiyyat və Enerji naziri Kutlu Evrən, Kənd Təsərrüfatı və Təbii Sərvətlər naziri Dursun Oğuz, Səhiyyə naziri Ali Pilli, Əmək və Sosial Təhlükəsizlik naziri Hasan Taçoy.
KKTC-də yanvarın 23-də keçirilmiş seçkilərdən 39,54 faiz səs alan UBP qalib çıxmışdı. Cümhuriyyətçi Türk Partiyası (CTP) 32,4, Demokrat Partiyası (DP) 7,41, Yenidən Doğuş Partiyası (YDP) 6,39, Halkın Partiyası (HP) 6,68 faiz səs toplamışdı.
Nəticələrə əsasən 50 yerlik Cümhuriyyət Məclisində UBP 24, CTP 18, DP 3, HP 3, YDP 2 mandat əldə edib.

Bir az da yeni Baş nazir haqda danışaq. Baş nazir Faiz Suçuoğlu 27 avqust 1961-ci ildə Bafda doğulub. Lefkoşa Türk Lisəsini bitirib, daha sonra burslu olarak Almaniyada tibb üzrə təhsil alıb. Amma sonra təhsilini almaq üçün alman universitetindən İstanbul Universitetinə keçib və Çapa Tibb Fakültəsində təhsilini başa vurub.
Suçuoğlu İstanbulda Zeynəb Kamil Qadın Xəstəlikləri və Doğum Xəstəxanasında Qadın Xəstəliklıəri və Doğum ixtisası üzrə bir müddət çalışıb.
KKTC-yə döndükdən sonra hərbi xidmətini tamamlayan Suçuoğlu Lefkoşada açdığı özəl xəstəxanada 20 il çalışıb.
Suçuoğlu müxtəlif QHT-lərdə çalışarkən, 2010-2011-ci illərdə Ulusal Birlik Partiyasınının (UBP) Məclisi üzvlüyünə, 2011-2013-cü illərdə partiyanın Lefkoşa bölgə sədrliyinə seçilir.
28 iyul 2013-cü il növbədənkənar seçkilərdə UBP-dən Lefkoşa Millət vəkili seçilən Suçuoğlu, ilk dəfə KKTC Cümhuriyyət Məclisinə girib.
Suçuoğlu 15 iyul 2015-ci ildə qurulan Cümhuriyyətçi Türk Partiyası-UBP koalisiyalı hökumətdə Turizm naziri olub. Cəmi 8 ay sürən CTP-UBP koalisiyasından sonra, 16 aprel 2016-cı ildə qurulan UBP-Demokrat Partiyası koalisiyalı hökumətində Səhiyyə naziri olaraq post tutub. Suçuoğlu 7 yanvar 2018-ci ildə keçirilmiş növbədənkənar seçkilərdə UBP-dən Lefkoşa millət vəkili seçilib.
Suçuoğlu 22 may 2019-cu ildə qurulan UBP-Halkın Partiyası koalisiyasında Əmək və Sosial Təhlükəsizlik naziri təyinatını alıb və bu vəzifəsi 9 dekabr 2020-ci ildə tamamlanıb.
Evlidir və iki övladı var. İngilis və alman dillərini bilir.