Kolumbiyada sualtı qayıqdan 87,7 milyon dollar dəyərində kokain ələ keçirilib

17:52 14.03.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Kolumbiya Hərbi Dəniz Qüvvələri sualtı qayıqda bazar dəyəri 87,7 milyon dollar olan 2,6 ton kokain müsadirə edib.

Kolumbiya donanması Sakit okeanda 4 nəfərin olduğu 15 metrlik sualtı qayıqda əməliyyat keçirib. Axtarış zamanı 2,6 ton kokain aşkar edilərək götürülüb. Dəniz Qüvvələrindən verilən açıqlamada narkotikin bazar dəyərinin 87,7 milyon dollar olduğu, 2 nəfərin də cəsədinin tapıldığı bildirilib.

Həmin şəxslərin zəhərli qazdan nəfəs alması nəticəsində ölmüş ola biləcəyi bildirilib. Digər 2 nəfərin yaxınlıqdakı gəmiyə göndərilərək müalicə olunduğu qeyd edilib. Hərbi Dəniz Qüvvələrinin Sakit okeanda narkotik ticarətinə qarşı mübarizəni davam etdirəcəyi vurğulanıb.