Komputerdə ilk ərəb əməliyyat sistemi yaradan küveytli iş adamı vəfat edib

09:54 07.03.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

1982-ci ildə Küveytdə yerləşən Sakhr Software Company-ni quran və İdarə Heyətinin sədri olan Məhəmməd əl-Şərəx 82 yaşında vəfat edib.

Hafta.az-ın aawsat.com-a istinadən yazdığına görə, iş adamı özünün “Sakhr” şirkəti vasitəsilə ilk ərəb əməliyyat sistemini kompüterlərə təqdim edib.

Məhəmməd əl-Şərəx Quranın ilk kompüter proqramını işləyib hazırlayıb.

İş adamı ingilis dilində 9 hədis kitabı üçün geniş məlumat bazası və proqram təminatı ilə müasir ərəb dili lüğəti yaradıb.

1942-ci ildə Küveytdə doğulan Məhəmməd əl-Şərəx 1965-ci ildə Qahirə Universitetində iqtisadiyyat və siyasi elmlər üzrə bakalavr dərəcəsi alıb.

O, həmçinin Massaçusetsdəki Uilyams Kollecində iqtisadi inkişaf üzrə magistr dərəcəsinə yiyələnib.