UNICEF-in Konqo Demokratik Respublikasında (KDC) koordinatoru Şameza Abdulla tərəfindən edilən yazılı açıqlamada, 7 ayda əksəriyyəti uşaqlar olmaqla 31 mindən çox insanın vəba xəstəliyindən ölməsindən şübhələnildiyi bildirilib.
Hafta.az-ın yazdığına görə, açıqlamada ilin 7 ayında vəba səbəbiylə 230 nəfərin həyatını itirdiyi vurğulanıb. Təcili tədbirlər görülməsə, epidemiyanın ölkəni daha çox təsir altına ala biləcəyinə diqqət çəkilərək, münaqişələr səbəbilə evlərini tərk etmək məcburiyyətində qalan insanların vəziyyətdən mənfi təsirləndiyi bildirilib.
Xatırladaq ki, 2017-ci ildə KDC-də baş verən vəba epidemiyasında ən azı 1000 adam ölüb.
“Vibrio” bakteriyasının törətdiyi, qida və su ilə yoluxan vəba orqanizmdə şiddətli ishal və susuzluğa səbəb olur. Xəstəlik müalicə olunmazsa ölümcül ola bilər.
Ölkədə təmiz suyun olmaması ilə yanaşı, səmərəsiz tibbi müdaxilə də xəstəlik və ölüm riskini artırır.
KDC-də malyariya, poliomielit, tif qızdırması və meymun çiçəyi kimi epidemiyalar da yaygındır.