Koronavirusa yoluxmuş xəstələrin 30-u süni tənəffüs aparatına qoşulub

18:52 18.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə 6100 test aparılıb. Ötən müddət ərzində aparılan testlərin sayı 400 mini keçib.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

Onun sözlərinə görə, hazırda ölkəmizdə aktiv xəstə sayı 4998 nəfərdir. Xəstələrdən 157 nəfəri reanimasiyadadır, onlardan da 30-u süni tənəffüs aparatına qoşulub.