Kosmik sahə üzrə universitərlərdə ayrıca fakültələr açılsın - Aydın Mirzəzadə

14:06 30.05.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Mütləq kosmik sahə üzrə mütəxəssislər hazırlamalıdır”.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Aydın Mirzəzadə  “Kosmik fəaliyyət haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Deputat bildirib ki, Universitetlərdə kosmik fəaliyyət üzrə mütəxəssislərin hazırlanması ilə bağlı ayrıca fakültə yoxdur.

“Təklif edirəm ki, kosmik sahə üzrə iniversitərlərdə ayrıca fakültələr açılsın. Ola bilər ki, bu yüksək maliyyə tələb edən bir proses olsun. Ona görə də bu sahə üzrə tələbələrin dövlət hesabına xarici universitetlərə göndərilərək mütəxəssislərin hazırlanmasına önəm verilməlidir”.