“Kovid-19” 2022-ci ildə Rusiyaya 20 milyard dollar ziyan vurub

12:30 05.06.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyada ictimai sağlamlıqdan məsul federal qurum olan “Rospotrebnadzor”, ölkənin Kovid-19 səbəbiylə 2022-ci ildə 1,6 trilyon rubl və ya 19,8 milyard dollar iqtisadi itki verdiyini açıqlayıb.

Hafta.az-ın “Kommersant” qəzetinə istinadən yazdığına görə, bu məbləğə birbaşa tibbi xərclər, universal tibbi sığorta xərcləri və həyat itkiləri, eləcə də xəstəliyə görə məzuniyyətlər səbəbindən dolayı itkilər daxildir.

“Rospotrebnadzor” rəsmiləri bildiriblər ki, yaxma testi tətbiqi sayəsində daha yüksək itkilərin qarşısı alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı mayın 5-də pandemiyanın həqiqətən sona çatdığını elan edib.

Oxunma sayı 193