FSB Krım körpüsündə terror aktı ilə bağlı cinayət işi üzrə 8 nəfəri saxlayıb, onlardan 5-i Rusiya, 3-ü isə Ukrayna və Ermənistan vətəndaşlarıdır. Hafta.az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.
Departament iddia edir ki, partlayışın təşkilatçısı Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi, “onun rəhbəri Kirill Budanov, əməkdaşları və agentləridir”. Marşrut boyu partlayıcı maddə olan yük maşınının hərəkətinə özünü sxem iştirakçılarına “İvan İvanoviç” kimi təqdim edən GUR-un əməkdaşı nəzarət edirdi.
Xatırladaq ki, Krım körpüsündə insident oktyabrın 8-də səhər saatlarında baş verib. Yük maşınının partlaması nəticəsində dəmir yolu qatarının yanacaq çənləri yanıb, iki vaqonun arakəsi dağılıb. Qəza nəticəsində 3 nəfər ölüb. İstintaq Komitəsi cinayət işi açıb. Daha sonra Rusiya prezidenti Vladimir Putin Krım körpüsünün dağıdılmasının səbəbkarlarının və sifarişçilərinin Ukraynanın xüsusi xidmət orqanları olduğunu bildirib, İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin isə “terrorçuluq” maddəsi ilə cinayət işinin başlandığını elan edib.