Ukrayna ordusunun artan əks-hücumları səbəbindən bu yay Rusiyada mehmanxana və mənzil rezervasiyalarında Krımın payı 1 faiz olaraq qalıb.
Hafta.az-ın Ostrovok.ru-ya istinadən yazdığına görə, 2021-ci ildə yarımada 19 faiz göstərici ilə kurortlar arasında lider olub.
Digər tərəfdən, Soçinin payı son 5 ilin ən yüksək göstəricisi olan 15 faizə çatıb. Hansı ki, Krımın lider olduğu 2021-ci ildə Soçinin payı 9 faiz idi.
Artan tələblə Soçidə mehmanxana və kirayə evlərin qiyməti də artıb. Şəhərdə 4 ulduzlu oteldə bir günlük otağın qiyməti 37 faiz artaraq orta hesabla 11 min rubla (135 dollar), gündəlik mənzil kirayəsi isə 30 faiz artaraq 6100 rubla (75 dollar) çatıb.
Krımdan imtina edən rusiyalı turistlərin digər istiqamətləri Anapa, Gelencik, Dağıstan və Rostovdur.
Moskva və Sankt-Peterburq şəhərləri də ən populyar yay istiqamətləri sırasındadır.