Kür yenə daşdı, əkin sahələri su altında qaldı

17:31 16.05.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Son günlər yağan yağışlar səbəbindən Kür çayında suyun səviyyəsi xeyli artıb. Çayın Qazaxr ayonu ərazisindən keçən hissəsində artıq 10 gündə ikinci dəfədir ki, Kürün daşması nəticəsində əkin sahələrinə və təsərrüfatlara ziyan dəyib. Təbii fəlakət əsasən rayonun Aşağı Salahlı və Orta Salahlı kəndlərinin əkin torpaqlarında fəsadlar törədib.

Aşağı Salahlı kəndinin sakinləri hafta.az-a bildiriblər ki, çayın daşması nəticəsində onlara məxsus 230 hektara yaxın sahə su altında qalıb. Sel suları çay kənarında yerləşən təsərrüfatları, xüsusən də taxıl, yonca, qarğıdalı sahələrini yuyub.

May ayından bölgədə yağıntılı hava şəraiti hökm sürdüyündən Kür çayında sel təhlükəsi azalmayıb. Əksinə daşqının ətraf sahələrə yayılma riski artıb. Ona görə də mümkün yerlərdə qabaqlayıcı tədbirlər görülür.

Hazırda təbii fəlakətin vurduğu ziyanın həcmi hesablanır. Bölgədə isə qeyri-sabit, yağıntılı hava şəraiti davam edir.

Oxunma sayı 87