Kürdə batan qız hələ də tapılmayıb

11:10 08.04.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Kür çayında itkin düşdüyü ehtimal edilən azərbaycanlı qız hələ tapılmayıb.

Hafta.az-ın məlumatına görə, Gürcüstanda yaşayan 21 yaşlı Aytac Məmmədovanın aprelin 1-də Kür çayında batdığı bildirilir.

Qardabani rayonunun Kosalı kəndindən olan gənc qızın axtarışları 1 həftədir davam edir. Onun əşyaları Kür çayının sahilində tapılıb.

Aytacın ailə üzvləri axtarış işlərinin yetərli olmamasından narazıdır.

1427056