Kürdə iki nəfər batdı

21:54 19.02.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Kür çayının Samuxdan keçən hissəsində iki nəfər batıb.

Hafta.az "Report"a istinadən xəbər verir ki, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Batanlardan biri Samux rayonu, Seyidlər kənd sakini 2003-cü il təvəllüdlü Şubliyev İsmayıl Xaliq oğludur. Hər iki şəxsin balıqçı olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.