Kürdəmirdə yol qəzası baş verib, 5 nəfər xəsarət alıb

10:25 16.07.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Kürdəmirdə 5 nəfərin xəsarəti ilə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saatlarında rayon ərazisində qeydə alınıb.

 İki "VAZ-2107" markalı minik maşını toqquşub.

Nəticədə 5 nəfər müxtəlif xəsarətlərlə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.