Yazını böyüt
Yazını kiçilt
Şimali Koreya şənbə günü axşam saatlarında Yapon dənizi istiqamətində daha bir ballistik raket buraxılışını həyata keçirib.
Hafta.az xəbər verir ki, Yonhap agentliyi bu barədə Cənub Koreyanın hərbi komandanlığına istinadla məlumat yayıb. Buraxılan raketə dair hələlik təfərrüatlı informasiya yoxdur.
Agentlik bildirir ki, bu, KXDR-in son iki həftədə yeddinci ballistik raket buraxılışıdır. Raketlərin buraxılışı Yaponiya, Cənubi Koreya və ABŞ-ın Yapon dənizindəki birgə hərbi təlimləri başa çatdıqdan dərhal sonra həyata keçirilib.