Latviya Parlamentinin sədri Şuşaya gəlib

16:03 19.05.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Latviya Parlamentinin sədri Daiga Mierinanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanın işğaldan azad olunmuş Şuşa şəhərinə gəlib.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyəti Şuşada tarixi məkanlarla, həmçinin burada aparılan bərpa-quruculuq işləri ilə tanış olacaq.

Qonaqları Milli Məclisin sədr müavini Adil Əliyev, deputatlar Kamran Bayramov, Könül Nurullayeva, Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov müşayiət edirlər.

Oxunma sayı 61