Latviyanın sabiq dövlət başçısı Şuşanın azad olunması münasibətilə İlham Əliyevi təbrik edib

16:20 09.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Latviya Respublikasının sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqadan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Hafta.az-ın məlumatına görə, məktubda deyilir:

"Hörmətli Prezident Əliyev,

Şuşa şəhərinin azad olunması münasibətilə Sizi və Azərbaycan xalqını təbrik edirəm. Ümidvaram ki, tezliklə Qarabağın bütün ərazisi işğaldan azad olunacaqdır".