Lavrov Çində səfərdədir

10:18 30.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiya xarici işlər naziri Sergey Lavrov Əfqanıstanla qonşu dövlətlərin nazirlər konfransında iştirak etmək üçün Çinə səfərə gedib.

Hafta.az xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

Onun sözlərinə görə, Lavrov sabah Əfqanıstanın qonşu dövlətləri formatında xarici işlər nazirlərinin görüşünün keçiriləcəyi Çinin Tunsi şəhərinə gedib. Bu gün isə xarici həmkarlar ilə ikitərəfli görüşlərə həsr olunacaq.