“Lion”un prezidenti QADIN OLACAQ

13:40 30.06.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fransanın “Lion” klubunun yeni prezidenti məlum olub.

Hafta.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəni xanım Mişel Kanq tutub. O, daha əvvəl Liqa 1 təmsilçisinin İdarə Heyətində yer alıb və sabiq rəhbər Con Tekstoru əvəzləyib.

Hazırda “Lion” Liqa 2-yə düşmək təhlükəsi ilə üz-üzə qalıb. Buna səbəb klubun borcunun olmasıdır. Rəhbərlik məsələ ilə bağlı apellyasiya şikayəti verib.

Qeyd edək ki, “Lion” ötən mövsüm Liqa 1-də 6-cı yeri tutaraq Avropa Liqasına vəsiqə qazanıb.