Yazını böyüt
Yazını kiçilt
Macarıstan prezidenti Katalin Novak amerikalı həmkarı Co Baydeni Ukraynadakı münaqişəni sülh yolu ilə həll etməyə çağırıb. Bu barədə TASS məlumat yayıb.
Dövlət başçısı bildirib ki, bir gün əvvəl Varşavada Mərkəzi və Şərqi Avropanın 9 ölkəsinin rəhbəri ilə görüşü zamanı Amerika lideri ilə fikir mübadiləsi aparılıb.
"Mən Amerika prezidenti ilə danışdım və vurğuladım ki, tezliklə sülh lazımdır, macarlar sülh istəyirlər", - Novak sosial şəbəkədəki səhifəsində yazıb.