Yazını böyüt
Yazını kiçilt
Kür-Bakı magistral su kəmərində qəza baş verib. Nəticədə Bakı-Qazax avtomagistralını su basıb.
Bu barədə hafta.az-a “Azərsu” ASC-dən məlumat verilib.
Bildirilib ki, Bakı şəhərini içməli su ilə təmin edən Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində (Qaz Emalı Zavodunun yaxınlığı) gecə saatlarında baş vermiş qəza nəticəsində ətraf əraziləri, o cümlədən Bakı-Qazax avtomagistralını subasma halı baş verib.
Qeyd edilib ki, hazırda "Azərsu" ASC-nin rəhbərliyi ərazidədir. Əraziyə xüsusi texnika, maşın-mexanizm, suyu kənarlaşdırmaq üçün nasoslar, qəza briqadalarə cəlb olunub, lazımi tədbirlər görülür.