Yazını böyüt
Yazını kiçilt
Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İranda zənginləşdirilmiş uranın ümumi ehtiyatının hazırda azalmağa davam etdiyini iddia edir. Bu barədə TASS AFP-yə istinadən xəbər verir.
MAQATE həmçinin vurğulayıb ki, hazırda İran nüvə sazişi çərçivəsində tətbiq edilən məhdudiyyətlərdən yan keçməyə davam edir.
Bu barədə MAQATE-nin hesabatında məlumat verilib. Aydınlaşdırılıb ki, “İranda zənginləşdirilmiş uranın ehtiyatları sonuncu rüblük hesabatın dərcindən sonra 949 kq azalaraq 3795,5 kq-a düşüb”.