Marine Le Penin seçkilərdə iştirak hüququndan məhrumetmə cəzası ləğv edilib

21:21 15.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Paris Apellyasiya Məhkəməsinin Baş Prokurorluğu iyulun 15-də Milli Birlik (RN) partiyasının Avropa Parlamenti deputatlarının köməkçiləri ilə bağlı iş üzrə 7 iyul tarixli qərardan Kassasiya Məhkəməsinə müraciət etməyəcəyini açıqlayıb. 

Hafta.az xəbər verir ki, qurum bu qərarın məhkəmə hökmünün ətraflı hüquqi təhlilindən sonra qəbul edildiyini bildirib.

Apellyasiya instansiyası Marine Le Penin və partiyanın bir sıra rəhbər şəxslərini dövlət vəsaitlərinin mənimsənilməsində təqsirli bilsə də, məhkəmənin təyin etdiyi cəzalar prokurorluğun tələb etdiyindən xeyli yüngül olub.

Prokurorluq Marine Le Penin üçün beş il müddətinə seçkilərdə iştirak hüququndan məhrumetmə cəzası tələb etmişdi ki, bu da onun 2027-ci il prezident seçkilərində namizədliyini faktiki olaraq mümkünsüz edəcəkdi. Lakin məhkəmə seçilmək hüququnun və seçicilərin iradəsinin qorunmasını əsas gətirərək, bu qadağanı 15 aylıq müddətlə məhdudlaşdırıb və həmin müddətin artıq başa çatdığını nəzərə alıb.