Yazını böyüt
Yazını kiçilt
İstanbulda Dünya Xalq Rəqsləri Yarışması keçirilir. Tədbirdə Azərbaycan “Səma” Rəqs Ansamblı tərəfindən təmsil edilir.
Hafta.az xəbər verir ki, dünyanın 37 ölkəsindən 2 mindən çox rəqqası bir araya gətirən tədbirin qala gecəsi İstanbulun Cemil Topuzlu Harbiye Açıq Hava Teatrında keçirilib.
Mədəniyyətin, dostluğun və qardaşlığın eyni səhnədə nümayiş olunduğu konsertdə müxtəlif xalqların adət-ənənələri və ortaq dəyərlər xalq oyunlarının dili ilə tamaşaçılara təqdim edilib.