Klublarımızın avrokuboklardakı rəqibləri məlum olub

18:37 15.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın voleybol klublarının avrokuboklardakı rəqibləri bəlli olub.

Hafta.az xəbər verir ki, qadınlardan ibarət “Turan” komandası Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Xorvatiyanın “Mladost” kollektivi ilə qarşılaşacaq.

İlk görüş 20-22 oktyabrda evdə, cavab matçı 27-29 oktyabrda səfərdə baş tutacaq.

Kişilərdən ibarət “Xilasedici” klubu Çempionlar Liqasında Portuqaliya təmsilçisi “Sportinq”lə görüşəcək. İlk matçlar 2-5, cavab qarşılaşmaları 10-12 noyabrda gerçəkləşəcək.

Qadınlardan ibarət “DH Volley” komandası Çağırış Kubokunun 1/32 finalında “Holte” (Danimarka) ilə üz-üzə gələcək. İlk oyun 27-29 oktyabrda evdə, cavab oyunu 3-5 noyabrda səfərdə keçiriləcək.

Kişilər arasında Çağırış Kubokunda “Ordu” uğur qazanmağa çalışacaq. Komandanın rəqibi Norveçin “Ferde” klubu olacaq. “Hərbçilər” ilk görüşü 10-12 noyabrda evdə, cavab matçını 17-19 noyabrda səfərdə keçiriləcək.