Küveyt Məclisinin sədri Mərzuq əl-Qanim, əmir Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabaha və vəliəhd Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabaha müraciət edərək baş nazir Şeyx Əhməd Nəvaf əl-Əhməd əs-Sabahla Məclis arasındakı mövcud böhranı aradan qaldırmaq üçün dərhal müdaxilə etməyə çağırıb.
Hafta.az-ın yazdığına görə, məclisin internet saytında dərc edilən açıqlamaya əsasən, mətbuat konfransı keçirən Qanim bildirib ki, insanların fəaliyyətinin pozulmasından tutmuş qanunvericilik və nəzarət işlərinin çox uzun müddət dayandırılması, həyatın bütün sahələrinin tam iflic vəziyyətinə düşməsinə qədər ölkənin hazırda hansı vəziyyətdə olduğunu hamı bilir.
“Özümü və tarixi məsuliyyətimə bəraət qazandırmaq üçün Küveyt əmirini və onun varisini dərhal müdaxilə etməyə çağırıram ki, Baş nazirin xalqın işlərinə müdaxiləsi və diqqətini yayındırması dərhal dayandırılsın” deyən Qanim xəbərdarlıq edib ki, hazırda hökumətin Assambleyadakı sessiyalara qatılmaması səbəbindən ölkədə büdcələrin qəbulu dayanıb.
Baş nazirin and içmək və hökumətinin qurulmasını təsdiqləmək üçün Məclisin iclaslarına qatılmaq istəmədiyi təqdirdə vəzifəsindən istefa verməyə çağıran Qanim hakim ailənin bu vəzifəni öhdəsinə götürəcək səriştəli insanlarla dolu olduğunu vurğulayıb.
Parlament seçkilərinin qısa zamanda keçirilməsini istədiklərini, lakin prosedurların rəvan olmadığı üçün seçkiyə gedib Məclisi buraxmaq istəmədiklərini deyən Qanim, seçkilərin təşkili ilə bağlı prosedurların bir müddət sonra tamamlanmasını istəyib.
Küveyt Assambleyası hazırda seçkilərin keçirilməsi ilə məşğul olacaq bir qurum yaratmaq üçün qanun layihəsi hazırlayır və qanunun təsdiqlənməsi üçün hökumət Assambleyada iştirak etməlidir.
Qeyd edək ki, əmir Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabah martın 5-də Şeyx Əhməd Nəvaf əl-Əhməd əs-Sabahı yenidən baş nazir təyin edib.
Məclis Mərzuk əl-Qanim dünən verdiyi yazılı açıqlamada hökumət qurulmadığından iclasda iştirak etməməsi və bu səbəbdən yetərsay olmadığı üçün Konstitusiyanın 116-cı maddəsinə uyğun olaraq Milli Assambleyanın ilk iclasının Fitr bayramından sonraya təxirə salındığını bildirib.