Meksika ukraynalı qaçqınları qəbul etməyə hazırdır

13:49 30.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xuares miqrantlarına kömək mərkəzinə rəhbərlik edən şuranın başçısı Enrike Valensuela bildirib ki, əgər ukraynalı qaçqınlar gələrsə, Meksika onlara kömək etməyə hazırdır. Lakin bu, hələ baş verməyib.

Valensuelanın sözlərinə görə, son bir neçə il ərzində dünyanın müxtəlif yerlərindən gələn miqrantlar ABŞ-a getməkdən ötrü yolüstü Xuaresdən keçirdilər. Buraya haitililər, braziliyalılar, ekvadorlular və bəzən Qərb yarımkürəsinin hüdudlarından kənarda olan miqrantlar da gəlirlər. Xuaresdəki miqrantların əsas hissəsini meksikalılar və Mərkəzi Amerikadan gələnlər təşkil edir.

Meksikanın rəsmi şəxsləri bildirirlər ki, ABŞ-ın Kaliforniya ştatı ilə sərhəddə yerləşən Tixuana şəhərinə bu il 487 ukraynalı gəlib. Onların böyük hissəsi, yəni 310 nəfər bu ölkəyə son üç həftə ərzində gələnlərdir. 2018-ci ilə olan məlumata görə, Birləşmiş Ştatlarda 1,1 milyondan çox ukraynalı yaşayıb.