Meksikada ordu ictimaiyyət üçün təhlükəyə çevrilib

10:20 11.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Meksikada hərbçilərin gündəlik həyata müdaxiləsi və vətəndaşlara qarşı “ehtiyatsız” münasibəti böyük narahatlıq yaradır.

Hafta.az-ın “Mexico News Daily”ə istinadən yazdığına görə, əsgərlərin vətəndaşlarla qarşıdurmalarda olduğu və ölkənin ən qüdrətli qurumlarından sayılan silahlı qüvvələrə çox az nəzarət etdildiyini iddia edir.

Meksikanın Tamaulipas əyalətinin Nuevo Laredo bölgəsində bir qrup mülki şəxs hərbçilərin hücumuna məruz qalıb. Fevralın 26-da baş verən hadisədə ABŞ vətəndaşı olan Qustavo Anqel Suarez Kastillo ata olacağını öyrəndikdən sonra 6 dostu ilə xəbəri qeyd etmək üçün çölə çıxıb.

Castillo deyir ki, o, dostları ilə xəbəri qeyd etmək üçün Texas nömrə nişanlı ağ pikapda sürərkən qəfildən dörd maşın onları təqib edərək atəş açmağa başlayıb. Hadisə zamanı 5 nəfər həlak olarkən, Castillo və bir dostu ağır yaralarla sağ qalıb. Əsgərlərin 1 saatdan çox əraziyə təcili yardımın gəlməsinə mane olduqları və şahidlərin qalmaması üçün yaralıların öldürülməsini müzakirə etdikləri deyilir.

İndiyədək hadisədə iştirak edən 21 əsgərdən 4-ü həbs edilib. Mülki prokurorluq və hərbçilər tərəfindən istintaq davam edir.

Ötən il Nuevo Laredoda Heydi Mariana adlı 4 yaşlı qız əsgərlərin onun olduğu avtomobilə atəş açması nəticəsində həyatını itirmişdi. Avqustda baş verən hadisə zamanı avtomobildən ən azı 16 güllə buraxılıb. Hərbçilər qızın cinayətkarlarla döyüşdə öldürüldüyünü bildirsə də, sübut təqdim etməyib və iş üzrə heç bir ittiham irəli sürülməyib.

Tamaulipasda yerləşən İnsan Haqları Komitəsinin məlumatına görə, Meksika ordusu 2018-ci ildən bəri mülki şəxslərə qarşı 18 insan hüquqlarının pozulmasında iştirak edib. Bu pozuntulara edam, zorlama və işgəncə daxildir. igər tərəfdən, komitə sədri Raymundo Ramos deyir ki, bu pozuntulardan yalnız biri məhkəməyə verilə bilər. “Biz hələ də başa düşmürük ki, onlara hücum etməyən gənclərimizi niyə güllələyirlər” Ramos sual edib.