Məktəbli qızın intiharı ilə bağlı araşdırmalara başlanılıb

21:49 03.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda məktəbli qızın intiharı ilə bağlı araşdırmalara başlanılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, Xətai rayonu, Qədir Məmmədov küçəsində 2005-ci il təvəllüdlü Xumar Babayevanın binadan ataraq intihar etməsi faktı ilə bağlı Xətai rayon Prokurorluğunda araşdırmalar başlayıb.

Qeyd edək ki, hadisə zamanı qız özünü binadan atan zaman aşağıda dayanmış 1984-cü il təvəllüdlü Zahid Niyazovun üzərinə düşüb. Nəticədə Z. Niyazov ağır xəsarətlər alıb.