Məktəbli yoldaşını bıçaqlayan yeniyetmə SAXLANILIB 

10:25 19.12.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gəncədə məktəbli yoldaşını bıçaqlayan şəxs tutulub.

Hafta.az xəbər verir ki, polis əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən 21 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi M.Hacıyevi saxlayaraq istintaqa təhvil verib.

Faktla bağlı araşdırma aparılır.

Gəncə şəhər 21 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi həmin məktəbin 8-ci sinif şagirdinə məktəbdənkənar ərazidə aralarında yaranmış mübahisə zamanı xəsarət yetirib.

Qeyd edilib ki, xəsarət almış şagird tibb müəssisəsinə yerləşdirilib, hazırda müalicəsi davam etdirilir.

Hadisə məktəbdən kənarda baş verib.