“Mələk üzlü şeytan” HƏBS EDİLDİ

17:11 03.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyanı silkələyən kafe hücumundan sonra Moskvadan gözlənilən açıqlama gəlib. Rusiya hücumun arxasındakı adları açıqlayarkən, "Mələk üzlü şeytan" ləqəbli qadın əməliyyatda yaxalanıb.

Partlayış prezident Vladimir Putin tərəfdarı hərbi bloqçuların Sankt-Peterburqda kafedə toplaşdığı zaman baş verib.

Rusiya Daxili İşlər Nazirliyi məşhur rusiyalı hərbi bloger Vladlen Tatarskinin partlayış nəticəsində öldüyünü açıqlayıb.

“Street Food Bar No 1” adlı kafedə baş verən partlayışda azı 25 nəfər xəsarət alıb. Hücuma görə məsuliyyəti heç kim üzərinə götürməyib.

Breaking News-un AFP-yə istinadən verdiyi məlumata görə, Rusiya terrorla mübarizə müstəntiqləri hücumun arxasında Ukraynanın təhlükəsizlik xidmətləri və müxalifət lideri Aleksey Navalnı ilə əlaqəli agentlərinin olduğunu açıqlayıb.

Rusiyada şok effekti yaradan hücumdan sonra təhlükəsizlik qüvvələri geniş əməliyyat keçirərək Daria Trepovanı saxlayıb.

Ölkə mətbuatı tərəfindən “Mələk üzlü şeytan” ləqəbi ilə tanınan qadın hücumda əsas şübhəli kimi görünür.

Eyni xəbərdə qadının içərisində bomba olan paketi kafeyə apardığı anlar yaşanıb.

Tatarskinin Telegram-da 500 mindən çox izləyicisi var, burada özü də daxil olmaqla hərbi blogerlər Rusiyanın Ukraynaya hücumunun bəzi aspektlərini tənqid ediblər.

Əsl adı “Maksim Fomin” olan Vladlen Tatarski Rusiyanın Ukraynadakı müharibəsinin qızğın tərəfdarı idi.

Bomba partlayan zaman o, kafedə keçirilən tədbirdə spiker olub.

Rusiya mətbuatında partlayıcı ilə bağlı ziddiyyətli məlumatlar var. Rusiya dövlət mediasının Daxili İşlər Nazirliyi mənbələrinə istinadən verdiyi məlumata görə, Tatarskiyə içərisində bomba gizlədilən heykəl hədiyyə edilib.

Tatarski Ukraynada cəbhədən xəbərlər etdi və ötən il Kremldə çəkdirdiyi video da onun şöhrət qazanmasında rol oynadı. O, videoda "Hamını döyəcəyik, hamını öldürəcəyik, hamını layiqincə soyacağıq. İstədiyimiz kimi" deyib.