Mənzildə yaşlı qadın meyiti aşkarlanıb

16:30 29.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Gəncə şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hafta.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə cəlb olunan FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb.

Orada aşkarlanan 1944-cü il təvəllüdlü Semyonova Vitalina Yakovlevnanın meyitini aidiyyəti üzrə təhvil verilib.