Mərakeş kralı İsrailin baş nazirinə xüsusi dəvət göndərib

11:00 20.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Mərakeş kralı VI Məhəmməd İsrailin baş naziri Binyamin Netanyahunu ölkəyə dəvət edib.

Hafta.az-ın “Mepa News”a istinadən yazdığına görə, VI Məhəmmədin Netanyahunu Mərakeşə dəvət etməsi İsrailin Qərbi Səhrada Mərakeşin suverenliyini tanıdığını elan etməsindən sonra baş verib.

İsrail Baş nazirinin Ofisindən verilən açıqlamada Netanyahunu Mərakeşə dəvət etdiyi təsdiqlənib.

Mərakeş kralı VI Məhəmməd Netanyahuya göndərdiyi məktubda "səfərin iki ölkə arasında münasibətləri gücləndirmək üçün yeni imkanlar yaradacağını" bildirib.

Netanyahunun Rabata nə vaxt səfər edəcəyi barədə hələlik məlumat yoxdur.

İsrailin Mərakeşin Qərbi Səhradakı suverenliyini tanımasından sonra iki ölkə arasında münasibətlərin daha da güclənəcəyi gözlənilir. Netanyahunun Mərakeş səfəri zamanı iki ölkənin təhlükəsizlik və diplomatik sahədə əlaqələrin gücləndirilməsi istiqamətində addımların atılacağı düşünülür.

İsrail və Mərakeş 2020-ci ildə İbrahim Sazişlərini imzaladıqdan sonra iki ölkə 2021-ci ildə də ikitərəfli təhlükəsizlik əməkdaşlığını təsdiqləyib. O vaxtdan bəri İsraillə Mərakeş arasında təhlükəsizlik, hərbi və kəşfiyyat əlaqələri genişlənməyə davam edir.

Mərakeşlə İsrail arasında normallaşma əldə edilsə də, ikitərəfli diplomatik əlaqələr hələ səfirlik səviyyəsinə çatdırılmayıb. Mərakeşin Qərbi Səhradakı suverenliyini tanıması müqabilində İsraillə əlaqələrini səfirlik səviyyəsinə qaldırmağa hazır olduğu bildirilib.

Xatırladaq ki, İsrailin Rabatdakı əlaqə bürosunun fevral ayında verdiyi açıqlamada bir il ərzində Mərakeşin paytaxtında səfirliyin açılacağı və səfirlik binasının tikintisinə başlanıldığı bildirilmişdi.