Mərakeş MEDCOP İqlim Konfransı yenidən Tanjerdə keçiriləcək

18:25 10.06.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Tanjerin Tetuan-əl-Husayma bölgəsi, Aralıq dənizi İqlim Evi Fondunun və Mərakeş Kralı VI Məhəmmədin himayəsi altında 22 və 23 iyun tarixlərində MEDCOP İqlim Konfransının üçüncü sessiyası olan Aralıq dənizi ölkələrinin iqlim tədbirinə ev sahibliyi edəcək. Konfransda Aralıq dənizi regionunda aparılan iqlim araşdırmaları müzakirə olunacaq.

Hafta.az-ın yazdığına görə, təşkilatçılar tərəfindən verilən açıqlamada bildirilib ki, Aralıq dənizi regionunda yerli və regional səviyyədə iqlim fəaliyyətinin mənbəyi kimi qəbul edilən, bir sıra beynəlxalq təşkilatların və nazirliklərin dəstəyini alan MEDCOP İqlim Konfransının toplantısı dünyada yaşanan xroniki gərginliklər daxilində reallaşacaq.

Təşkilatçının verdiyi açıqlamada həmçinin Ukraynadakı müharibə səbəbindən vəziyyətin gərginləşdiyi, müharibənin yerli və qlobal iqtisadiyyatlara ciddi təsirləri olduğu da vurğulanıb.
Eyni zamanda, mövcud çətin şərtlər fonunda iqlim dəyişikliyinin səbəb olduğu tez-tez və artan çağırışlara görə təkcə “nəzərdən keçirilməli bir məsələ” olmadığı, dünyadakı bütün iştirakçıların və maraqlı tərəflərin qətiyyətli yanaşmasını tələb etdiyi bildirilib.

Qeyd edək ki, bu çərçivədə ilk sessiya 2015-ci ildə Fransanın Marsel şəhərində, ikinci sessiya isə 2016-cı ildə məhz üçüncü sessiyanın keçiriləcəyi Tanjer şəhərində keçirilib.

MEDCOP İqlim Konfransı qlobal iqlim dəyişikliyindən ən çox təsirlənən regionlardan sayılan Aralıq dənizi bölgəsində icmaların inkişafına imkan verən Aralıq dənizi dinamizminin yaradılmasına töhfə vermək məqsədi daşıyır. Eyni zamanda, regional transformasiyaların və inkişafın sürətləndirilməsini, habelə prosedur və əməliyyat mexanizmləri və alətləri vasitəsilə onlar arasında konkret ekoloji, iqtisadi, sosial və elmi layihələrlə əməkdaşlıq səviyyəsini yüksəltmək məqsədi daşıyır. Bu, onların su, ərzaq və enerji təhlükəsizliyini təhdid edən iqlim dəyişikliyi təhlükələri ilə üzləşmələrini təmin edərək böhranı fürsətə çevirmək və Qlobal İqlim Fəaliyyəti üçün Marakeş Əməkdaşlığını həyata keçirmək üçün inkişaf layihələrini başlatmaq məqsədi daşıyır.

Tanjerdə baş tutacaq sessiya BMT-nin İqlim Dəyişikliyi Konfransı (COP) ilə paralel olaraq illik Aralıq dənizi forumunun bir hissəsi kimi keçiriləcək. Belə ki, Aralıq dənizi ölkələrində, xüsusən də cənubda yerli və vətəndaş cəmiyyəti subyektlərinin birbaşa iştirakı ilə ÇNL konfranslarının hər sessiyasında qəbul edilmiş qərarların və başlanmış layihələrin həyata keçirilməsinə zəmin yaratmaq üçün konkret addımlar və hərəkətlər həyata keçiriləcək.

Prosesi yaxından izləyən mənbə, Tanjerdə keçiriləcək 2023 MEDCOP İqlim Konfransının iqlim fəaliyyəti ilə bağlı məqsədlərə nail olmaq hədəfi daşıdığını bildirib. Onun sözlərinə görə, bu məqsədlər bir neçə bənddə ümumiləşdirilə bilər və bunlar iqlim dəyişikliyinin yaratdığı çağırışlarla mübarizə üçün Aralıq dənizi dinamizmini gücləndirməyə töhfə vermək üçün konkret layihələr üzrə səmərəli əməkdaşlığı təşviq etməkdir. 

MEDCOP İqlim Konfransının tədbirləri səkkiz tematik ox ətrafında təşkil olunur. Bunlar iqlim dəyişikliyinə uyğunlaşan şəhərlər və bölgələr, davamlı qida sistemləri, su ehtiyatlarının və mavi iqtisadiyyatın davamlı idarə olunması, enerji keçidi, qadınlar və iqlim, təbiətə əsaslanan həllər, iqlim miqrasiyası, sülh, təhlükəsizlik və mərkəzləşdirilməmiş əməkdaşlıq və nəhayət, iqlim layihələrinin maliyyələşdirilməsidir.

Tanjer konfransı açılış sessiyası, 16 tematik seminar, iş forumu, Tanjerin fərqli yerlərində paralel fəaliyyətlər (təlim kursları, şirkətlərin və podratçıların rəsmi şəxsləri ilə nümayəndələri arasında işgüzar görüşlər, MEDCOP İqlim Konfransı ilə bağlı tədqiqat və tədqiqat mərkəzləri, qeyri-hökumət təşkilatlarının görüşləri) ibarət olacaq, bağlanış seansı ilə başa çatacaq.

Bundan əlavə, konfrans keçiriləcək iki gün ərzində  iqlim fəaliyyətinə dair təqdimatların və həllərin müzakirə olunacağı “Həlllər şəhəri” adı altında platforma yaradılacaq.