Qlobal miqyasda havaların sürətlə istiləşməsi Mərakeşə də ciddi təsirini göstərməkdədir. Dünən bu ölkədə havanın temperaturu ilk dəfə 50 dərəcəni keçərək rekord həddə çatıb.
Hafta.az-ın yazdığına görə, Mərakeş Meteorologiya Baş İdarəsindən verilən açıqlamada ölkənin mərkəzi hissəsində yerləşən Aqadir şəhərində havanın temperaturunun 50,4 dərəcəyə çatdığı bildirilib. Qeyd olunub ki, bu, Mərakeşdə indiyədək ölçülmüş ən yüksək temperaturdur,
Məlumatda qeyd olunub ki, bundan əvvəl ən yüksək temperatur iyulun 13-də Samara şəhərində 49,9 dərəcə kimi qeydə alınıb.
Səhradan gələn isti hava dalğasının təsiri ilə həftə ərzində ölkənin əksər bölgələrində temperaturun yüksək olduğu vurğulanıb. Bildirilib ki, sözügedən istilər xüsusilə cümə və şənbə günləri havanın orta aylıq temperaturunu 5-13 dərəcə artırıb.