Mərkəzi Bank uçot dərəcəsini dəyişməyib

12:29 01.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin dəyişməz saxlanılması barədə qərar qəbul edib.

Hafta.az-ın məlumatına görə, bu barədə mayın 1-də keçirdiyi mətbuat konfransında Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

O bildirib ki, uçot dərəcəsi 7,25 faiz səviyyəsində saxlanılıb. Faiz dəhlizinin yuxarı həddi isə 9 faizdən 8 faizə endirilib, aşağı həddi is 6,75 faiz səviyyəsində saxlanılıb.